“ABŞ Prezidenti Donald Tramp Fransanın daxili işlərinə qarışmamalıdır”.
FED.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.
“ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Bunu mən və Fransa prezidenti deyir: bizim xalqı rahat buraxın!”, – deyə nazir bildirib.
Bildirək ki, bundan öncə Fransa administrasiyası da Trampa sərt şəkildə cavab verərək, ona fransız siyasətinə burnunu soxmamağı məsləhət bilmişdi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlükdə etiraz dalğasının bürüdüyünü, insanların “Biz Trampı istəyirik” şüarları səsləndirdiyini yazmışdı.
Axar.az