Fransada parlement seçkilərinin ikinci turu hazırda hakimiyyətdə olan prezident Makronun «Birlikdə» blokununu üstünlüyü itirməsi ilə nəticələnib.
Eləcə də bax: Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə - HƏBS QOYUB
FED.az xəbər verir ki, prezidentin tərəfdarları seçkidə digər qüvvələrdən daha artıq səs toplasalar da əvvəlki kimi mütləq çoxluğa sahib ola bilməyiblər.
Xatırladaq ki, indiyədək Maktorun tərəfdarları parlamentdə 308 səsə malik idilər və bu üstünlük onlara hökuməti formalaşdırmağa imkan verirdi.
İndi isə «Birlikdə» bloku yalnız sadə üstünlük qazanıb.
Əvəzində Marik Le Penin rəhğərlik etdiyi ultrasağ qüvvələr 1988-ci ildən bəri ilk dəfə olaraq parlamentdə 3-cü siyasi qüvvəyə çevrilə bilib. Hökumətdə artıq etiraf ediblər ki, seçkilərin nəticələri onların gözlədiyindən aşağı olub.
Belə ki, «Birlikdə» blokunun təmsilçiləri parlamentdəki 577 yerdən 245-nə sahib olublar, hökuməti təkbaşına formalaşdırmaq üçün isə parlamentdə 289 yer tələb olunur. Başqa sözlə Makronun tərədarları bu seçkilərdə 63 yeri itiriblər.
«Yeni xalq ekoloji və sosial ittifaqı» isə 131 yerə sahib olaraq əsas müxəlifət qüvvəsinə çevrilib.
Marin Le Penin tərəfdarları ötən sçkilərə nisbətən 10 dəfə artıq səs toplamaqla parlamentdə 89 yerə sahib olublar.
Seçkilər əhali arasında maraqla qarşılanmayıb – 54% seçkilərdə iştirak etməyib.