Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.
Eləcə də bax: Makronun təşəbbüsü ilə İlham Əliyev və Paşınyan bir də görüşdü
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.
Daha sonra o, qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: “Ermənistan, Azərbaycan, birlikdə!”
Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.