Almaniya kansleri Angela Merkel ötən il olduğu kimi, “Forbes” jurnalının versiyası üzrə 2019-cu ildə də dünyanın ən nüfuzlu 100 qadınının reytinqinə başçılıq edir.
FED.az xəbər verir ki, jurnalın tərtib etdiyi reytinqdə ilk üçlüyə, həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və ABŞ Konqresinin İcmalar palatasının spikeri Nensi Pelosi də daxil olub.
Siyahıda doqquz ildir mütəmadi olaraq ilk yeri tutan Angela Merkel Avropada miqrasiya əleyhinə əhval-ruhiyyəyə qarşı mübarizə aparır. Nensi Pelosi isə ABŞ Prezidenti Donald Trampın impiçment prosesinin əsas təşəbbüskarlarından biridir.
Reytinqdə amerikalı televiziya aparıcısı Opra Uinfri 20-ci, Britaniya kraliçası II Elizabet isə 40-cı yerdə qərarlaşıb. ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka 42-ci, amerikalı müğənni Rianna 61-ci, tennisçi Serena Uilyams isə 81-ci yeri tutub.
Linkə daxil olaraq tam siyahıya baxa bilərsiniz.