«Finoko» BOKT ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.
Eləcə də bax: “İcraçı Kredit Agentliyi” kredit bazarında - GERİLƏYİB
FED.az xəbər verir ki, oktyabrın 7-də keçiriləcək iclasda şirkətin nizamnamə kapitalının artırılması müzakirə ediləcək.
İclasda müzakirə olunan məsələ yeni səhmlərin emissiyası ilə kapitalın artırlmasıdır.
Xatırladaq ki, 01.09.2022 ci il tarixinə «Finoko» BOKT ASC-nin nizamnamə kapitalı 4 855 000 manat, məcmu kapital isə 8 010 230 manat təşkil edir.
«Finoko» BOKT ASC-nin səhmdarları barəsində məlumat:
Əliyev Elçin Rəşid oğlu: 242 750 səhm, nizamnamə kapitalında payı 50%
Əliyev Elmar Rəşid oğlu: 242 750 səhm, nizamnamə kapitalında payı 50%
İclas Bakı şəhəri. Yasamal Rayonu, C.Cabbarlı 609, Globus Center 9 cu mərtəbə ünvanında keçiriləcək.