"Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq".
Eləcə də bax: FHN-dən tikinti şirkətlərinə - XƏBƏRDARLIQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir".