FED.az biznes və maliyyə xəbərləri portalı və ölkənin tanınmış hüquq şirkəti olan «Avropa Hüquq Xidməti» ilə birgə əməkdaşlığa başlayır.
«Hüquq24» - dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən, tanınmış beynəlxalq hüquq şirkəti olan «Avropa Hüquq Xidməti»nin brendidir.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda qanunvericilikdə baş verən yeniliklər, xüsusilə, biznes və sahibkarlıqla bağlı yeni qəbul edilən qərarlar şərh olunacaq, onların gətirəcəyi yeniliklər peşəkar şəkildə izah ediləcək.
Eləcə də əhalini maraqlandıran yeniliklər – mülkiyyət hüququ, müəlliflik hüququ və digər mövzularda verilən qərarlar izah olunacaq.
Əməkdaşlıq formatına əsasən, FED.az və «Hüquq24»ün mütəxəssislərinin iştirakı ilə müntəzəm olaraq həftəlik onlayn yayım həyata keçiriləcək.
Bu zaman yeniliklərin izahı və şərhi ilə yanaşı, istifadəçilərin sualları da cavablandırılacaq.
Əhalinin və biznesin hüquqi maariflənməsi məqsədilə həyata keçirilən əməkdaşlıq ölkə vətəndaşlarının və kiçik sahibkarların hüquqi biliklərin artırılmasına və daha uğurlu fəaliyyətinə dəstək olacaq.