"Facebook" sosial şəbəkəsi istifadəçilərin postları altında "like"ların sayını gizlədəcək.
FED.az xəbər verir ki, bu yolla servis administrasiyası istifadəçiləri şöhrət davasından və qısqanclıqdan qorumaq niyyətindədir.
Qeyd olunur ki, bəziləri "like"ları artırmaq üçün özləri öz paylaşımlarını bəyənirlər.
Ceyn Mançun Vonq adlı istifadəçi deyib ki, "Facebook" şəbəkəsi Android üçün əlavədə "like"ları gizlədən pəncərə maketi yaradıb. Servis əməkdaşları bu layihə üzərində işlədiklərini təsdiqləyiblər, lakin həmin funksiya hələlik istifadəyə verilməyib.
Çox güman ki, "Facebook" adıçəkilən funksiyanı tədricən tətbiq edəcək. Əgər bu, istifadəçilərə ciddi şəkildə mane olsa və reklamdan əldə edilən gəlirləri azaltsa, funksiya ləğv olunacaq.
Xatırladaq ki, 2019-cu ilin yazından belə funksiya "Instagram"da bəzi ölkələrin istifadəçiləri üçün tətbiq olunub. Kanadadan olanlar üçün sınaqdan keçiriləndən sonra siyahıya Braziliya, Avstraliya, Yeni Zelandiya, İtaliya, İrlandiya və Yaponiya əlavə olunub.
Həmin ölkələrdə postların müəllifi "like"ların sayını görə bilsə də, istifadəçilər üçün bu məlumat gizli saxlanılır.
Oxu.az