F-15-in 2-ci pilotu tapılıb – TRAMP AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İranda vurulmuş F-15 təyyarəsinin pilotlarının xilas edildiyini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci heyət üzvü, ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki tapılaraq İrandan çıxarılıb. Tramp «Truth Social»da yazıb ki, bu, hərbi tarixdə düşmən xətlərinin arxasında dərinlikdə yerləşən amerikalı pilotların ilk ikiqat xilas edilməsidir.
Xatırladaq ki, pilotu İran tərəfi də axtarırdı, amma amerikalı xüsusi təyinatlılar onları qabaqlayıblar.
İslam İnqilabı Keşikçiləri Korpusu itkin düşmüş amerikalını İranın cənub-qərbində tapmağa çalışırdı və onun sağ tutulması üçün 60 000 dollar mükafat vəd etmişdi.
Bildirilir ki, pilotun xilas edilməsi üçün güclü havadan dəstək qrupu - onlarla təyyarə iştirak edib.
Xatırladaq ki, bir qədər əvvəl «Axios» nəşri üç ABŞ rəsmisinə istinadən pilotun xilas edilməsi barədə məlumat vermişdi . Xüsusi təyinatlı qüvvələr səfərbər edilmişdir. Birinci pilotun axtarışı bir neçə saat, ikincisinin isə bir gündən çox davam edib.
Xatırladaq ki, aprelin 3-də İran tərəfi Amerikaya məxsus F-15 qırıcı təyyarəsinin və A-10 Thunderbolt II hücum təyyarəsini vurub. A-10 pilotu təyyarəni İrandan çıxarmağı bacarıb, sonra katapult edib.













