Hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kubmetr artıq su toplanıb. Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərib.
Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq
FED.az əbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərlə görüşündə bildirib.
O əlavə edib ki, qeyd olunan məlumatlar növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.
Əsəd Şirinov bildirib ki, görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb: “Bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kubmetr su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”. (Azərtac)