Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində davam edən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.
Eləcə də bax: Ermənistan ordusunun mayor və kapitanı - MƏHV EDİLİB
FED.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.
O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hərbçilərin birinin vəziyyəti ağır, beşinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. (Qafqazinfo)