İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır.
Eləcə də bax: Dəqiq atəşlə düşmənin qərargahı dağıdılıb, erməni hərbçiləri məhv edilib - VİDEO
FED.az xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib.
O, hərbi qulluqçuların orduya “qısa” müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.
Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi davam edən döyüşlərdə yüzlərlə erməni hərbçisi yaralanıb.
O, həmçinin döyüşlərdə 350-dən çox hərbçinin həlak olduğunu bildirib. Qeyd edək ki, bu, yalnız Ermənistan hökuməti rəsmilərinin ölümü təsdiqlənmiş, həmçinin ölü sayını gizlətdiyi hərbçilərin sayı barədə açıqladığı yalan göstəricilərdir. Düşmən ordusu itkilərin real sayını gizlətmək üçün öldürülmüş digər hərbçiləri itkin kimi qeydiyyata alıb. Bu səbəbdən də Ermənistan ordusunun itkiləri əslində açıqlanan rəqəmlərdən xeyli çoxdur. (Modern)