Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Eləcə də bax: Rusiya və Ermənistan XİN başçıları Qarabağın nizamlanmasını müzakirə ediblər
FED.az xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, nazir Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferlə görüşüb.
Tərəflər Qarabağda imzalanmış humanitar atəşkəsi, əsir və ölənlərin cəsədlərinin dəıyişdirilməsi prosesini müzakirə ediblər. (Modern)