Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanma mərhələsindədir.
"Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac var"
FED.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Ermənistanın cavab təklifləri sülh müqaviləsini mümkün qədər tez bağlamaq üçün Ermənistanın səsləndirdiyi və təqdim etdiyi prinsipial təklifə uyğun olaraq hazırlanmaqdadır”, - o bildirib.
Ermənistan tərəfi bunun Azərbaycanın təqdim etdiyi 10-cu təkliflər paketi olduğunu açıqlayıb. (Apa)