Ermənistan və Azərbaycan nümayəndələri mübahisəli ərazinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.
“Sərhəd istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq”
FED.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.
"Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bildirir ki, Tex-Kornidzor bölməsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin tənzimlənməsi istiqamətində işlər aparılıb. Nəticədə həmin hissədə vəziyyət xeyli yaxşılaşıb. Nəzərinizə çatdırırıq ki, hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.