Ermənistan 4 hərbi təyyarəsini və pilotlarını Ukraynada döyüşlərdə istifadə olunması üçün Rusiyaya yola salıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə mediası bildirir.
Yayılan məlumatda qeyd olunur ki, Ermənistan martın 25-də 4 ədəd "Su-30" tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə Rusiyanın tabeliyinə verib.
Telekanal bildirir ki, Ukraynada itkilərlə üzləşən Rusiya Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlıların bir hissəsini, eləcə də zirehli texnikaları Laçın dəhlizi vasitəsilə Ermənistana geri çəkib, oradan isə hərbi yük təyyərəsi ilə Rusiya ərazisinə yola salıb.
Bundan başqa, materialda qeyd olunur ki, suriyalı muzdlu döyüşçülər Ukraynada döyüşlərə cəlb olunmaq üçün Ermənistan ərazisindən Rusiyaya yola salınır. (Trend)