Ermənistan ombudsmanı Anahit Manasyan Azərbaycan ordusunun əsirlikdə olan 2 əsgərinə baş çəkib.
Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar - FOTO
FED.az xəbər verir ki, "Sputnika Armenia" bildirir ki, bu barədə Ombudsman aparatının mətbuat xidməti məlumat yayıb.
"Manasyan onların saxlanma şəraiti, hüquqlarının qorunması və səhhətləri ilə maraqlanıb. Ermənistanın ambudsmanı əsgərlərimizin qidalanması ilə bağlı və onlara zərurət olduqda tibbi yardım göstərilməsi üçün tapşırıqlarını verib",- deyə məlumatda qeyd olunub.
"Hərbçilər onlara qarşı irəli sürülən ittihamlarla tanış olduqlarını bildiriblər"
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.
Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb. (Xəzərxəbər)