İrəvan azaraq şərti sərhədi keçdiyinə görə tutulan Azərbaycan əsgərini geri qaytarmağa qərar verib.
Laçında azan Azərbaycan əsgəri Ermənistanda uydurma ittihamlarla - HƏBS EDİLİB
FED.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, azan hərbi qulluqçuların tez bir zamanda geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib. (Apa)