Rusiya Ermənistanın son 4 ildə ödədiyi pula ekvivalent həcmdə silah göndərməyib.
FED.az xəbər verir k, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, rəsmi Moskva ölkəsinə əvvəldən razılaşdırıldığı kimi daha böyük həcmdə silah-sursat tədarük etməli olduğu halda, öhdəliyini icra etməyib. Şura katibi bu məsələni Ermənistan üçün böyük problem adlandırıb.
A. Qriqoryan vaxtilə ölkəsinin təhlükəsizliyinin Rusiyadan son dərəcə asılı vəziyyətdə olduğunu xatırladıb:
“Biz həmin asılılığa son qoymaq üçün zəruri dəyişikliyi etməli idik və bunu da həyata keçirdik. Son dövrlər təhlükəsizlik sahəsində mühüm nəticələr əldə edilib. Əgər 2020-ci ildə alınan silahların 96 faizi Rusiyadan idxal edilirdisə, hazırda bu göstərici 10 faizədək azalıb” - deyə, o vurğulayıb. (Apa)