"Bəyənnamənin ikinci bəndində göstərilən parametrlərin razılaşdırılması qaydası Ermənistanı çox narahat edirdi".
FED.az xəbərə verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.
O bildirib ki, Ermənistan son vaxtlar bəzi şərtlər irəli sürürdü:
"Onlardan Azərbaycanı ən qıcıq edəni bu idi ki, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının prosesdə tərəf kimi çıxış etməsini istəyirdi. Amma dünənki görüşdə Ermənistan məcbur edildi ki, bu şərtindən əl çəksin və özü münaqişənin tərəfi kimi danışıqlara cəlb edilsin. Dünənki görüşdə Ermənistanın nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmaq haqqı çoxdan bitib.
Bəyənnamənin ikinci bəndində göstərilən parametrlərin razılaşdırılması qaydası Ermənistanı çox narahat edirdi. Baza prinsiplərinin tərkib hissəsi işğalçı qüvvələrin mərhələli şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını özündə ehtiva edir. Burada ola bilər ilk olaraq 2 rayon, sonra 3 rayon olsun".