Ermənistanın “Hayalig” nəşri Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən bir sıra strateji əhəmiyyətli ərazilər və yüksəkliklər üzərində nəzarəti itirməsi ilə bağlı məlumatlar yayıb.
Eləcə də bax: Ermənilər Kəlbəcər rayonu ilə sərhəddə yerləşən Zod kəndindən qaçır - VİDEO
FED.az xəbər verir ki, bu informasiyanın həqiqətdən uzaq olmadığını nəzərə alaraq, oxucularımızın diqqətinə təqdim edirik.
Beləliklə, “Hayalıg” aşağıdakı ərazilərə nəzarətin itirildiyini qeyd edir:
– Göyçə mahalında 25 kvadrat kilometr ərazi itirilib;
– Yuxarı Zağali istiqamətində 4,5 km irəliləyən Azərbaycan Silahlı Qüvvələri Xorapor dağına (2906 m) çatıb;
– Azərbaycan ordusu Yuxarı Şorca istiqamətində 8 km irəliləyərək Divasar hündürlüyü (2747 m), Qılıncaq (2851 m) və adsız yüksəklikdə (2484 m) nəzarəti təmin edib.
– Ordumuz Əzizli istiqamətində 7 km irəliləyərək adsız yüksəkliyi (2338,6 m) tutublar.
Nəşr onu da iddia edir ki, son 2 ildə Azərbaycan ordusu həbsizləşdirilməmiş zonanın təxminən 150 kvadrat km ərazisinə nəzarəti bərqərar edib. (Caliber.Az)