“Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov həbs olunublar”.
Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar - FOTO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş prokurorluğu yayıb.
Məlumata görə, azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar.
Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseynin Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.