“Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsilə sülh sazişinin bağlanmasına dair Azərbaycanın təklifinə cavab verib”.
FED.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
“Azərbaycan martın 10-u Ermənistana 5 bənddən ibarət təklif təqdim edib. Martın 14-ü biz buna Minsk Qrupu vasitəsilə yazılı şəkildə cavab verdik”, - deyə Paşinyan söyləyib. (Qafqazinfo)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








