Bir neçə gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər.
"İki aydan artıqdır gözləyirik, bizə cavab gəlməyib" - "Ermənistan yeni müharibəyə qərar versə..."
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
“Bu sülh müqaviləsi 5 və ya 10 gün ərzində imzalana bilər. Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, - o bildirib.
Ermənistan parlamentinin spikeri müəyyən bir müddətdən sonra bəzi ermənilərin Azərbaycana yaşamağa getməsinin, azərbaycanlıların bir hissəsinin isə Ermənistana gəlib ticarətlə məşğul olmasının mümkünlüyünü istisna etməyib: "Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. “Münaqişədəyik və bunun həlli mümkün deyil” iddiaları mənim üçün qəbuledilməzdir. Tarixdə münaqişələrin həlli ilə bağlı xeyli misallar var: İngiltərə və Fransa 116 il müharibə aparıblar. Bu gün onlar ən yaxın müttəfiqdirlər”. (Report)