Cəbhədə başlanan hərbi əməliyyatlar və Azərbaycan Ordusunun əks hücumu nəticəsində Dağlıq Qarabağdakı erməni əhalisinin bir hissəsinin təcili şəkildə Ermənistana çıxarılmasına başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın «İzvestiya» qəzeti Xankəndindəki xüsusi müxbirinə istinadən məlumat yayıb.
Bildirilir ki, Xankəndi əhalisini Ermənistan paytaxtı Yerevana göndərirlər. «Adamları tələsik göndərirlər, bəzilərinin orada qohumları da yoxdur, amma bildirirlər ki, Yerevanda onları hökmən qarşılayacaqlar»- deyə məlumatda bildirilir.
Bəzi adamların şəhərdən çıxmasına polislər kömək edir, onlar Ermənistana gedən yol maşınlarnı saxlayır və sürücülərdən bu adamları da özləri ilə götürmələrini xahiş edirlər.