Ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağ torpaqlarından Rusiya və dünya bazarlarına məhsul satmaqda davam edirlər.
Eləcə də bax: “Rusiyada araq bazarına ermənilər nəzarət edir, bizə imkan vermirlər”
FED.az xəbər verir ki, bu şirkətlərdən biri 1998-ci ildə əsası qoyulan “Artsax Brendi Kompani” şirkətidir. 1922-ci ildə əsası qoyulan Əsgəran çaxır zavodunun bazasında yaradılmış şirkət 3 hektar sahədə yerləşib.
Qarabağın tut, gavalı, nar və üzüm bağlarından yığıan məhasullar hesabına “Artsax Brendi Kompani” meyvə tamlı alkoqollu içkilər – araq, çaxır və konyak hazırlayırlar.
Bu məhsulların əsas hissəsi isə Ermənistan məhsulu adı ilə Qarabağdan Rusiyaya daşınır və burdakı market şəbəkələrinə satılır.
Şəkildəki elan Rusiyanın Çerepovets şəhərində, “Qlobus” içki maqazinləri şəbəkəsinə məxsusdur. 0,75 litrlik və tutdan hazırlanan içki burada 1160 rubl (təxminən 30 manat) satılır.
Modern