Ermənistanın sonuncu silahlı birləşmələri noyabrın 25-də Azərbaycana təhvil verilməli olan Kəlbəcər rayonunu tərk edirlər.
FED.az “RİA Novosti”yə istinadən xəbər verir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədib.
Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bildiriblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.
Erməni hərbçilər bildiriblər ki, partlayışdan sonra Ermənistana yola düşürlər.