Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb.
FED.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “FinExpertiza” audit-konsaltinq şirkətinin analitika şöbəsi hesabat yayıb.
Eləcə də bax: Ermənilər Azərbaycan sərhədindən 300 metr məsafədə - YENİ AEROPORT TİKİR
“Bu ilin 8 ayında Ermənistandan Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli daşlar ixrac olunub. Son 3 ildə bu göstərici üzrə lider olan Çindən isə cəmi 61,8 milyon dollar dəyərində qiymətli metal ölkəyə idxal olunub”.
Ermənistanın Rusiyaya satdığı qiymətli daşların 33,2 milyon dollarını almaz təşkil edib. Qalan 95,9 milyon dollarlıq qiymətli metallar arasında qızıl 80 milyon dollar çatır. Həmin qızıln Erməniostan rəhbərliyi tərəfindən Azərbaycanın işğal alıtndakı Kəlbəcər rayonu ərazisindən qanunsuz çıxarıldığı məlumdur.
Kəlbəcərin Söyüdlü-Zod, Ağduzdağ və Tutxun qızıl yataqlarını istismar edən ermənilər hər il Rusiyaya onmilyonlarla dollar dəyərində qızıl sataraq böyük gəlir əldə edir.