Müdafiə Nazirliyi cəbhədəki vəziyyət və Ermənistan tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı brifinq keçirir.
FED.az verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir texnika vurulmayıb: “İctimaiyyəti düşmənin dezinformasiyalarına uymamağa, Azərbaycan dövlət qurumlarının rəsmi açıqlamalarına inanmağa çağırıram. Düşmənin 77-ci tank taboru məhv edilib, 3 tank qənimət götürülüb. Düşmənin döyüş heyətinin bir hissəsi döyüşməkdən imtina edərək qaçıb. Ermənistan artıq 60-70 yaşlı qadınları da döyüşə göndərir”.