Azərbaycan Ordusu öz torpaqlarında işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı mübarizəni davam etdirir.
FED.az xəbər verir ki, "Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, ordumuzun şücaəti nəticəsində ardına baxmadan qaçan düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib.
Yeni əldə edilən qənimətlərin hamısı saz vəziyyətdədir. Hərbi texnikaların içərisində erməni əsgərlərinə məxsus müxtəlif əşyalara rast gəlmək mümkündür.
Hazırlanan videoreportajı təqdim edirik: