Ermənistan Qafan rayonu ərazisində yeni aeroport inşa edib.
FED.az məlumat verir ki, Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Syunik” adı verilən aeroport 2020-ci il yazında istifadəyə veriləcək.
Eləcə də bax: ABŞ Konqresi qondarma erməni soyqırımını - RƏSMİ TANIDI
Aeroportun tikintisinə Ermənistan büdcəsindən 5 milyon dollardan artıq vəsait ayrılıb. Hava limanı Yerevandan Zəngəzura sərnişin daşımaları üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qafan rayonu Azərbaycanın işğal alıtndakı Zəngilan rayonu ilə həmsərhəddir. Aeroport isə Oxçuçay sahilində, Zəngilanla sərhədin 300 metrliyində yerləşir.