Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı qüvvələrinin Ermənistan ərazisnidən ölkəmizi atəşə tutan raket komplekslərini məhv etməsinə munasibət bildirib.
Eləcə də bax: Düşmənin növbəti ballistik raket kompleksi sıradan çıxarılıb
FED.az xatırladır ki, oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Kəlbəcərlə sərhəd ərazilərində Azərbaycana raket atmağa hazırlaşan raket komplekslərini məhv edib.
Bu ərazilərdən Azərbaycan ərazisi dəfələrlə atəşə tutulduğuna görə, həmni komplekslər legitim hərbi hədəf sayılır.
Erməni tərəfi bəyan edib ki, bundan sonra Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində olan istənilən hərbi obyekti və ya hərbi texnikanı hədəf sayaraq ona zərbə endirmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.
Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb və həmin raket kompleksləri legitim hərbi hədəf kimi Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib.
Qeyd edilib ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.