Rusiya kriminalı ilə sıx təmasda olan Moskvadakı diasporanın yaratdığı Ermənistana qeyri-leqal silah tədarükü kanalı humanitar atəşkəs barədə razılaşmanın bağlanmasından sonra da tam gücü ilə işləyir.
Eləcə də bax: Fransa İran üzərindən Ermənistana - Silah Göndərdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, kriminal uçuşları Atlantis Air Lines hava yolları həyata keçirir. Amma görünür, bunun öhdəsindən gələ bilmir, ona görə də kriminal daşımalara daha bir şirkət Elit-Avia da qoşulub.
Sutkada Moskvadan Yerevana 24 reys yola düşür. Onların göndərilməsində problem yaranmaması üçün isə Moskva aeroportlarında, o cümlədən Vnukovoda erməni diasporunun media təmsilçilərindən dəstək briqadaları növbə çəkir. Onların əsas vəzifəsi heyətə və polisə sənədlərə diqqətlə baxmağı və mülki laynerlərin yük bölmələrinə yerləşdirilməsini yoxlamaqdan ibarətdir.
Bura isə müxtəlif silahlar yüklənir,hansıki arasında istehsalı dayandırılmış silahlarda var.
“Kornet”, “Smerç” kompleksləri üçün sursatlar, D-20 haubitsaları (152 mm çaplı) və D-30 “haubitsa” (122 mm çaplı) üçün atışlar, hansı ki, istehsalı iki il əvvəl dayandırılıb, ancaq Moskva anbarlarında onlara uyğun kifayət qədər sursat var.
İrəvan qanuni yolla bütün bunları heç vaxt Moskvadan ala bilməzdi, amma erməni diasporunun Rusiya kriminalı və korrupsiyalaşmış məmurlarla əlaqəsini nəzərə alsaq, onların alınmasında çətin heç nə yoxdur.
Amma erməni diasporu kriminal silah biznesində qarmağını təkcə Rusiyada atmayıb. Bu gün Leyj-Yerevan reysi üzrə uçan “Boinq-757” təyyarəsi də Ermənistan paytaxtına bu cür ölümcül və kriminal yüklə enib.
Bu gün ABŞ-dan gələn və bu uçuş üçün Ümumerməni Beynəlxalq Fondu “Hayastan” tərəfindən kirayəyə götürülən digər bir təyyarədən yarısı odlu silah olan 20 ton “humanitar yardım” boşaldılıb.
Belçika və İslandiyadan da Ermənistana silahlar çatdırılır.
İrəvana İslandiyadan daha bir təyyarə enib ki, Onun yükü dərman, qida və ya paltar deyil, xüsusi ticarətçilərdən təcili olaraq satın alınan rus silahlarıdır.
Başqa bir təyyarə Belçikanın Liege şəhərindən havaya qalxıb. Təyyarə İrəvan vaxtı ilə səhər 04: 39-da Zvartnots hava limanına enib.