“Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan Ermənistanın baş naziri Nikol Paşinyanın və Ruben Vardanyanın iddialarını ifşa edib.
Paşinyan Qarabağ ermənilərini - Vəziyyəti Gərginləşdirməməyə Çağırıb
FED.az xəbər verir ki, Paşinyanın partiyasının üzvü olan deputatı Vigen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.
"Biz Qarabağda yaşayan ermənilərlə Bakı arasında birbaşa dialoqa keçməliyik", - deyə V.Xaçatryan qeyd edib.
Maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl həm Paşinyan, həm də Vardanyan açıqlamalarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə 120 min erməninin yaşadığını bildirirdilər.
Erməni deputat bu açıqlaması ilə Paşinyanı və Vardanyanı bir növ ifşa etmiş olub. (Trend)