Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan «Saudi Aramco»nun səhmlərinin açıq satışı - IPO əməliyyatı əvvəlcədən planlaşdırıldığı kimi 2018-ci ildə deyil, 2019-cu ilə qalıb. FED.az xəbər verir ki, bu barədə «The New York Times» xəbər yayıb. Əməliyyatın gecikməsi şirkətin dünyada ən böyük IPO-nun keçirilməsinin çətinliyi ilə bağlıdır.
Məsələ bundadır ki, İPO-nun keçiriləcəyi Nyu-York və London birjaları şirkətdən şəffaflıq və səhmdarların müdafiəsini tələb edirlər. Şirkətdə isə bununla bağlı problemlər var.
OPO-nun harada təşkil edilməsi də mübahisə mövzusudur. Bəzi rəsmilər, o cümlədən əsas şahzadə Məhəmməd ben Salman bunun Nyu-Yorkda keçirilməsini istəyirlər, amma digərləri bildirir ki, ABŞ-dakı listinq şirkəti və krallığı məhkəmə iddialarına məruz qoya bilər.
Əvvəlki varianta görə, Saudi Aramco öz səhmlərini ölkənin öz birjası olan «Tadawul»da, eləcə də bir neçə onlayn satış meydançasında yerləşdirəcəkdi. Bu əməliyyatın xaricdə baş tutması isə ölkənin dəyişməsi barədə siqnal verilməsi deməkdir.
İPO nəticəsində şirkətin səhmlərinin satışa çıxarılması gözlənilir. Amma İPO-nun ümumiyyətlə baş tutmayacağı və səhmlərin hər hansı iri fonda (Məsələn çinlilərin fonduna) satılması variantlarına da baxılır.
Ərəblər «Saudi Aramco»nu satmağa ürək eləmirlər – İPO ləngiyir
09:48
15 Mart 2018