Birləşmiş Ərəb Əmirliklərinin bu ilin sentyabrında kosmosa uçuşu planlaşdırılan ilk kosmonavtı Xazza Al-Mansuri Beynəlxalq kosmik stansiyasında (BKS) Əmirliyin milli mətbəxindən ibarət şam yeməyi təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə Məhəmməd bin Rəşid adına kosmik mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Al-Mansuri əmirliyin milli geyimində öz kolleqalarına üç milli xörək nümunələrini təqdim edəcək. Bundan öncə BKS-nin tarixində belə bir tədbir olmayıb. Əmirliyin kosmonavtı üçün milli yeməklərin hazırlanması ilə Rusiyanın “Kosmik qidalanma laboratoriyası” şirkəti məşğul olacaq.