ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana yazdığı məktubun mətni mətbuata sızıb.
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcab Tayib Ərdoğan ABŞ prezidenti Donald Trampın ona ünvanladığı məktubu zibil qutusuna atıb.
FED.az xəbər verir ki, dövlət başçıları arasında yazışma olmasına baxmayaraq məktub hədələr və kobud ifadələrlə doludur.
Eləcə də bax: Ərdoğan Trampın - MƏKTUBUNU ZİBİL QUTUSUNA ATIB
Oktyabrın 9-da “Sülh çeşməsi” əməliyyatının başlanmasından bir neçə saat öncə yazılan məktubun mətni tezliklə mətbuata sızıb və onun həqiqiliyini Ağ Ev də təsdiqləyib. Məktubda Tramp özünəməxsus üslubda Ərdoğanı Suriyaya hərbi müdaxilədən çəkindirir və bu zaman hədələyici tondan istifadə edir. Məktubun kobud tonu ABŞ-ın özündə də mətbuat nümayəndələrindən tutmuş rəsmi qurumların təmsilçilərinədək hasını təəccübləndirib.
Məktubda yazılırdı:
"Zati Aliləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana
«Hörmətli cənab prezident!
Gəlin yaxşı bir razılaşma hazırlayaq! Axı siz minlərə insan ölümünə, mənsə Türkiyə iqtisadiyyatının dağılmasına görə məsuliyyət daşımaq istəmirəm, hərçənd bunu edə bilərəm. Mən bunun necə olduğunu pastor Bronsonla bağlı hadisədə sübut etmişəm.
Sizin bir neçə probleminizi həll etmək üçün gərgin şəkildə işləyirəm. Dünyanı yanıltmayın. Siz çox iş görə bilərsiniz. General Mazlum (Suriya kürdlərinin liderlərindən biri-red.) sizlə danışıqlara getməyə, əvvəllər sizə etmədiyi güzəştlərə getməyə hazırdır. Sizə onun mənə yazdığı, yenicə aldığım və üstündə “məxfi” kodu olan məktubun surətini göndərirəm.
Əgər siz indi humanist və təmkinli hərəkət etsəniz, tarix sizə qəhrəman kimi baxacaq. Amma yaxşı heç nə olmasa, tarix sizə iblis kimi baxacaq. Özünüzü dikbaş oğlan kimi göstərməyin. Axmaqlı etməyin. Sizə sonra zəng edəcəm».
Hörmətlə Donald Tramp"
Maraqlıdır ki, məktubun göndərilməsindən bir neçə saat sonra Tramp qərarını dəyişərək, Ankaraya “yaşıl işıq” yandırıb. Amerikalı siyasətçilər məktubun məzmunu və sonradan baş verən hadisələr arasında ziddiyyətin olduğunu, bunun Trampın ardıcıl qərarlar verməyə qadir olmamasının sübutu olduğunu söyləyib.