Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.
FED.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Bildirilib ki, prezidentlərin ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, beynəlxalq arenadakı gündəlik aktual məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir. (Report)