Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri çərçivəsində Seneqaldan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Eləcə də bax: Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - ÇAVUŞOĞLU AÇIQLADI
FED.az xəbər verir ki, R.T.Ərdoğan dünyanı sarsıdan koronavirusla bağlı hərəkətə keçildiyini bildirib:
“Səhiyyə Nazirliyinə Çindəki vətəndaşlarının ölkəyə gətirilməsi üçün təlimat verilib. Çində təxminən 25 türk və 10 nəfər də azərbaycanlı var. Onların Türkiyəyə dönmək istəkləri var. “Tədbirlərinizi alın və azərbaycanlı qardaşlarımızı da bura daxil edin. Karantin altına alaraq bu qardaşlarımızı Türkiyəyə gətirək” dedik. Türkiyə daxilində bununla bağlı hazırda hər hansı bir çətinlik yoxdur. Ancaq oradakı vəziyyət nəzərə alınmaqla lazımi tədbirlər görülür və addım atılır”.
Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb.
Modern