Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda iqtisadi gündəmlə bağlı da qiymətləndirmələr aparıb.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan iqtisadiyyatla bağlı bu açıqlamaları verib:
"Biz qlobal gündəmi zəbt edən inflyasiya problemi ilə mübarizə aparmaq əzmindəyik.
Biz inflyasiyanın belini qırdıq və qarşıdakı dövrdə onun təsirlərini aradan qaldıracağıq. Həmişə deyirdik ki, işçilərimiz, təqaüdçülərimiz inflyasiyanın təsirinə məruz qalmayacaqlar və Allaha şükürlər olsun ki, sözümüzə əməl etdik. Biz minimum əmək haqqını respublika tarixində görünməmiş dərəcədə artırdıq. Biz təqaüdçülərimizin maaşlarını artırdıq və onları daha da rahatlaşdıracaq həllər hazırladıq və tezliklə onları həyata keçirəcəyik".
Ərdoğan həmçinin onu da əlavə edib ki, bu ay təqaüdçülərimizi qısa müddətdə rahatlaşdıracaq 5 min lirə bonus ödənişi etməyi planlaşdırırıq.