Yeni elastik ekran yaradılmışdır ki, onu sındırmaq qorxusu olmadan hissələrə kəsmək olar.
Materialşünaslıq üzrə Yapon İnstitutu elastik, oqranik-metal tərkibli hibrid-polimer ekranı hazırlamışdır. Ekranın özəlliyi ondan ibarətdir ki, o, ortadan bölündükdə sınmır. Yeni formaya uyğunlaşmaq və qidalanma bölgüsünə alışmaq üçün texnologiyanın cəmi bir neçə saniyəyə ehtiyacı vardır. Hətta kəsik yerində belə ona çıxarılan son məlumat saxlanılır.
Belə elastik ekranın hazırki prototipi yalnız bir rəng yarada bilir və faydalı sahə məhdudiyyətinə malikdir. Amma hətta belə vəziyyətdə sözügedən texnologiya ən müxtəlif sferalarda tətbiq edilə bilər. Məsələn, inteqrasiya edilmiş elastik ekranla şəxsi geyim yaratmaq və ya biləyinizin dəqiq formasına malik ağıllı daşınan elektronikanı yaratmaq olar.
Alimlər həmçinin öz istəyinizlə sadəcə bir əl hərəkəti edərək avtomobil interyerlərinin rəngini və ya eynəklərinizdəki linzaların, pəncərələrin və digər şüşə səthlərin rəngini dəyişmək imkanı verən dünyanı sizə təqdim edirlər. Əlbəttə, belə texnoloji sıçrayışlara qədər bir az səbr edib gözləmək lazım olacaqdır. Habelə, heç olmasa gələcəkdə belə imkanların mövcudluğu artıq çox şey deməkdir.
Mənbə: hi-news.ru