Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür", - nazirlikdən bildirilib.