Bloomberg-in məlumatına görə, dünyanın ən zəngin 10 adamı 2022-ci ildə sərvətlərini 402 milyard dollar artırıb. FED.az ştən il 10 ən zəngin insanın sərvətindəki dəyişikliyi təqdim edir.
1. Elon Mask: 277 milyard dollar (+121 milyard dollar)
Teslanın rəhbəri Mask, oktyabrda ilk dəfə dəyəri 1 trilyon dolları keçən və il ərzində 60 faiz artan şirkətin səhmlərindən öz payını alaraq sərvətinə daha 121 milyard dollar əlavə etdi. Milyarder sahibkar bu yaxınlarda 12 milyard dollar vergi ödəmək üçün milyonlarla Tesla səhmini satıb.
2.Jeff Bezos: 195 milyard dollar (+5 milyard dollar)
Maskdan əvvəl dünyanın ən zəngin adamı ünvanına sahib olan Bezosun performansı Mask qədər möhtəşəm deyil. Yenə də Bezos 2021-ci ildə sərvətinə 5 milyard dollar əlavə etdi. 57 yaşlı iş adamı iyul ayında Amazon-un baş direktoru vəzifəsini tərk edəcəyini və Bezos Earth Fund, Blue Origin, Washington Post və Amazon Day 1 Fund kimi startaplarına daha çox vaxt ayıracağını açıqlayıb.
3.Bernard Arno: 176 milyard dollar (+61 milyard dollar)
"Louis Vuitton", "Christian Dior" və "Givenchy" kimi lüks brendlərə sahib olan LVMH-nin baş direktoru 2021-ci ildə sərvətinə 61 milyard dollar əlavə edib. 72 yaşlı iş adamı həm də Avropanın ən zəngin adamıdır.
4.Bill Gates: 139 milyard dollar (+7 milyard dollar)
Uzun illər sərvətindən 10 milyard dollar bağışlamasına baxmayaraq, Qeytsin sərvəti onun həmtəsisçisi və hələ də səhmlərin 1 faizinə sahib olduğu Microsoft-un güclü performansı sayəsində artmağa davam etdi. Qeyts Microsoft-dakı bütün vəzifələrini uzun müddət əvvəl tərk etdi və vaxtının çoxunu qurduğu xeyriyyə cəmiyyətinin fəaliyyətinə sərf etdi.
5.Larri Peyc: 130 milyard dollar (+47 milyard dollar)
Noyabr ayında dəyəri iki trilyon dolları keçən Google şirkətinin də daxil olduğu Alphabet-in baş direktoru vəzifəsindən ayrılan Larri Peyc 2021-ci ildə şirkətinin güclü performansı sayəsində sərvətini 47 milyard dollar artırdı.
6.Mark Zukerberq: 128 milyard dollar (+24 milyard dollar)
İlk 10-luqda 40 yaş altı tək ad olan 37 yaşlı Zukerberqin sərvəti bu il cəmi 24 milyard dollar artıb. Zukerberq bu il səhm dəyəri 20 faiz artmış Facebook və Instagram şirkətlərinin ana şirkəti olan Meta-nın 13 faizinə sahibdir.
7.Sergey Brin: 125 milyard dollar (+45 milyard dollar)
Google-un digər həmtəsisçisi Brin bu il sərvətini 45 milyard dollar artırıb. Beləliklə, Brinin adı ilk dəfə 100 milyard dollarlıq zəngin kluba daxil oldu. 48 yaşlı iş adamı Alphabet-də 38 milyon səhmə sahibdir və eyni zamanda şirkətin direktorlar şurasında işləyir.
8.Stiv Balmer: 122 milyard dollar (+41 milyard dollar)
Microsoft-un keçmiş baş direktoru və NBA-da mübarizə aparan "Los Angeles Clippers" komandasının sahibi Balmer 2021-ci ili 41 milyard dollarlıq sərvət artımı ilə bağladı. Ballmerin sərvətinə ən çox töhfə verən aktivlər onun il ərzində 50 faiz artan Microsoft kimi texnologiya payları olub.
9.Larri Ellison: 109 milyard dollar (+29 milyard dollar)
"Oracle" şirkəti bu ilin əvvəlində 20 il ərzində ikinci ən yaxşı performansını göstərdi və mükafatı şirkətin təsisçisi və idarə heyətinin sədri Larri Ellison da aldı. 77 yaşlı sahibkar sərvətinə 29 milyard dollar əlavə edib və bu il ilk dəfə 100 milyard dollarlıq kluba daxil olub.
10.Warren Buffet: 109 milyard dollar (+21 milyard dollar)
Berkshire Hathaway-in baş direktoru Buffet, görünür, sərvətinin çox hissəsini bağışlamaq kimi əvvəllər elan etdiyi məqsədinin yarısını yerinə yetirdi, lakin investisiya şirkətinin performansının kömək etdiyini söyləmək olmaz. "Omaha kahini" kimi də tanınan investor 2021-ci ildə sərvətinə 21 milyard dollar əlavə etdi.