Dünyanın ən böyük inşaat gəmisi olan “Pioneering Spirit”-in İstanbul boğazından keçidi təxminən 11 saat davam edib.
FED.az xəbər verir ki, keçid zamanı Sahil Təhlükəsizlik idarəsi tərəfindən boğaz digər dəniz nəqliyyatının hərəkətinə bağlı elan olunub.
Dünyanın ən böyük inşaat gəmisi olan “Pioneering Spirit” Türk boğazlarından indiyədək keçən ən böyük gəmi olub. Gəmi 474 metr uzunluğa, 200 metr enə malikdir. Onun hündürlüyü 58 metrə çatır.
Seanews.az