Londonda dünyanın ən bahalı dəm çaydanı təqdim edilmişdir. “Luxurylaunches”-ə əsasən, çaydanın dəyəri 3 milyon dollar təşkil edir.
“Egoist” adlanan bu qızıl çaydan “Scavia” italyan firmasının zərgərləri tərəfindən yaradılmışdır. Adı çəkilən çaydanın dekoru üçün 1,6 mindən çox brilyant və 388 yaqut sərf edilmişdir. Çaydanın mərkəzində 6 karatdan (1,2 qram) böyük yaqut yerləşdirilmişdir, qapağında isə daha bir 20-karatlıq qiymətli daş (təxminən 4 qram) tac şəklində çaydanı tamamlayır.
Bu çaydan “Chitra” kolleksiyasının bir hissəsini təşkil edir. Qeyd edək ki, bu kolleksiyaya 1700 nadir mətbəx avadanlığı və qab-qacaq nümunəsi daxildir. Onların arasında Uinston Çörçillin qızına məxsus gümüş çay servizi və kral XVIII Lyudovikin 1816-cı ildə aldığı Çinin Sun sülaləsinə məxsus qab-qacaq dəsti yer alır.
Bundan əvvəl ən bahalı çaydanlardan biri 2007-ci ildə “Sotheby's” hərracında satılan çaydan hesab olunurdu. O çaydan 2 milyon dollar dəyərində qiymətləndirilmişdi.
Söhbət kraliça I Yelizavetaya məxsus çini qabdan gedir. Çində hazırlanan bu çaydan hökmdara bəxşiş kimi təqdim edilmişdi. Sonralar kraliça çaydanı 1603-cü ildə öz keşişi Henri Parriyə hədiyyə etmişdi.