Aktivləri 35 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 500-dən çox investor dünya ölkələrini iqlim dəyişikliyinə qarşı mübarizəyə dəvət edib.
Bu barədə FED.az “Report”-a istinadən xəbər verir. Məlumata görə, onların təxminən yarısı isə şirkətləri meşə sahələrini məhv etmədən çəkiməyə çağırıb.
Araşdırmalar nəticəsində məlum olub ki, son 10 ildə ekoloji təmiz enerji istehsalına 2,6 trilyon dollar pul qoyulub, lakin bu, ekoloji riskləri azaltmaq üçün kifayət deyil.
Alimlərin BMT-yə təqdim etdikləri hesabatda isə bildirililir ki, ciddi nəticəyə nail olmaq üçün 2035-ci ilə qədər daha 2,4 trilyon dollar investisiya qoyulmalı, 2050-ci ilə qədər kömürün istifadəsi dayandırılmalıdır.