Digər

Dünyadakı bütün qızılların həcmi açıqlandı – «21 METR OLMALIDIR»

Dünyadakı bütün qızılların həcmi açıqlandı – «21 METR OLMALIDIR» | FED.az
09:44 25 Noy 2019

Əgər dünyada indiyədək hasil edilmiş bütün qızılları əridib bir yerə toplamaq mümkün olsa, tili 21 metr olan kub alınacaq.

FED.az xəbər verir ki, bu rəqəmləri Dünya Qızıl Şurası açıqlayıb. Şuranın məlumatına görə, 2017-ci ilədək dünyada qədim dövrlərdən indiyədək hasil edilən bütün qızılların həcmi 190 040 ton təşkil edib.

Eləcə də bax: Azərbaycanda qızıl və gümüş - UCUZLAŞIB

Hər il dünyada 2,5-3 min ton qızıl çıxarılır. Analitiklər onu da hesablayıblar ki, indiyədək çıxarılan qızılların 3-də ikisi 1950-ci ildən sonrakı dövrə düşür. Dünyadakı qızılların təqribən yarısı – 47,7%-i qızıl zinət əşyalarındadır.

Ekspertlərin fikrincə, yerin altındakı qızıl ehtiyatlarının həmi 54 min tondan artıq deyil və bu həcm qarşıdakı 8-10 ilə çıxarıla bilər.

 

Digər xəbərlər