Son bir ayda dünya birjalarında kofenin qiyməti 25% artaraq bir funt üçün 0,93 dollardan 1,17 dollara yüksəlib. Təkcə son 2 ticarət günündə kofenin qiymətində 12% artım olub.
FED.az xəbər verir ki, qiymət artımınn səbəbi kofeyə tələbatın artması fonunda istehsalının azalmasıdır. Beynəlxalq Kofe təşkilatının məlumatına görə, oktyabrda kofe dənələrinə tələbat 22% artaraq 12 milyon kisəyə çatıb.
Eləcə də bax: Yaponiya Azərbaycanda - ÇAY VƏ ŞOKOLAD BURAXACAQ
Eyni zamanda kofe istehsalçıların ehtiyatları azalmaqdadır. Ən böyük problem Hondurasda (dünyanın 3-cü ən böyük kofe istehsalçısı) yaranıb. Regionda hava şəraiti kofe yığımlarına mane olur. «Maxar» şirkətinin məlumatına görə, kofe ilə bağlı problemlər Braziliya və Peruda da müşahildə edilir. Nəticədə treyderlər qiymətlərin artacağından narahat olaraq daha çox kofe almağa başlayıblar, bu da qiymətləri daha da artırır.
Paralel olaraq dünyada kofeyə tələbat da artmaqdadır. Hesabatlar göstərir ki, Asiya Sakit Okean hövzəsində kofe istehlakı 3%, Şimali Amerikada daha 2% artacaq. İstehsal isə əksinə, 2,5-3,5 azalaraq 2015-ci ildəki həddə düşəcək.