Dünya Bankı vəhşi təbiətin qorunması məqsədilə dünya tarixində ilk dəfə istiqraz emissiyası Dünya Bankı tədavül müddəti 5 il, nominal dəyəri isə 150 mln. ABŞ dolları olan "Rhino Bond" (rhino – kərgədan) istiqrazları yerləşdirib.
FED.az xəbər verir ki, istiqrazların investorlar üçün gəlirliyi isə 5 il ərzində iki Cənubi Afrikada yerləşən Fillərin Milli Parkı "Addo" və "Great Fish River Nature Reserve" qoruğunda qara kərgədan populyasiyasının artımından asılı olacaq (APA).
Qeyd edilir ki, investorlar mümkün gəliri 40-dan çox ölkə tərəfindən dəstəklənən Qlobal Ətraf Mühit Fondu tərəfindən ödəniləcək.