Azərbaycanda son illər sürətlə inkişaf edən sahələrdən biri də təmizlik xidmətləri sektorudur. Bu sahədə xidmət göstərənlərin sayının böyük olması və ciddi rəqabət daim xidmət keyfiyyətinin yüksək olmasını tələb edir.
«Pak Xalça» 2005-ci ildən fəaliyyət göstərən və Azərbaycanda bu sahənin liderlərindən olan professional təmizlik şirkətidir. Şirkətin xidmətlərinə - xalça məmulatlarının yuyulması, divan və yumşaq mebellərin təmizlənməsi, yataq ləvazimatlarının (yorğan-döşək və yastıq) yuyulması və təmizliyi, pərdə və yun yuyulması və digər xidmətlər aiddir.
20 illik fəaliyyət dövründə «Pak Xalça» minlərlə məmnun müştəriyə xidmət göstərib.
2005-ci ildə yaradılan və 2025-ci ildə 20 illik yubileyni qeyd edən şirkət bu münasibətlə tam yenilənib – rebrendinq edib. «Pak Xalça»nın inkişaf yolu və təcrübəsinə uyğun olaraq onun hədəfləri və missiyası da yenilənib.
Pak Xalçanın əsas mesajı: “Təmizlik vasitəsilə insanlara xoşbəxtlik bəxş etmək”.
Amma ən önəmlisi – «Pak Xalça» 20 illik yubileyi ərəfəsində böyük etimada layiq görülüb. Şirkət Azərbaycanda ilk dəfə olaraq Türkiyənin tanınmış «E-Halı Servis» platforması ilə tərəfdaşlığa başlayıb.
Belə ki, «Pak Xalça», dünyaca məhşur 50-yə yaxın xalça brendinin yuma üsuluna zəmanət verdiyi «E-halı Servisi»in Azərbaycandakı yeganə rəsmi təmsilçisi olub.
Əməkdaşlıq nəticəsində «Pak Xalça» dünyada 50-dən çox xalça istehsalçısı tərəfindən Azərbaycanda zəmanət verilən yeganə xalça yuma şirkəti statusunu qazanıb. Bu o deməkdir ki, «Pak Xalça» həmin brendlərin xalçalarını məhz onların qəbul etdiyi və dünya standartlarına uyğun yuma üsulu ilə yuyur.
Başqa sözlə, «Pak Xalça» Azərbaycanda dünyanın əksər xalça brendinin təmizliyinə zəmanət verən yeganə şirkətdir.
Burada xalça və sair məmulatların təmizlənməsində düzgün məhsul və üsullardan istifadə edilir.
Belə ki, «Pak Xalça» tərəfindən xalça və sair məmulatlar orqanik yuma vasitələri, müasir texnologiya və peşəkar yuma üsullarından istifadə etməklə təmizlənir.
Qeyd edək ki, xalça və sair məmulatların təmizlənməsində ənənəvi problem düzgün olmayan yuyulma nəticəsində əşyaların keyfiyyətinin aşağı düşməsi və görünüşünün köhnəlməsidir.
«Pak xalça»da isə peşəkar yuma, dezinfeksiya və mikroblardan təmizlənmə proseduru nəticəsində xalçaların korlanmayacağına, rənginin solmayacağına, iplərinin sağlam qalacağına tam zəmanət verilir.
Nəticədə «Pak Xalça» sayəsində xalçalar illər keçsə də, ilk günkü zərifliyini və təravətini qoruyyub saxlayır.
Pak Xalça – 20 ildir etibarlı təmizliyin ünvanı!
Əlaqə: (012) 488 10 10 | (050) 494 66 66
pakxalca.az / [email protected]
Instagram: @pak_xalca
Facebook: Pak Xalca
LinkedIn: Pak Xalça